 Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, görüşün mövzusu Azərbaycanda Milli Məclisə keçirilmiş seçkilər olub. ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in İnsan Hüquqları və Demokratik Təşkilatlar Ofisinin seçkilərin yekunlarına həsr edilmiş birgə bəyanatının özündə bir sıra ziddiyyətlər təşkil edən fikirləri əks etdiyini deyən Məmmədyarov, eyni bəyanatda seçki məntəqələrin 90 faizində seçki günü səsvermənin müsbət qiymətləndirilməsi fikri ilə yanaşı, seçki günü ciddi pozuntuların olması kimi ziddiyyətli qiymətləndirmələrin olduğunu Lenarçiçin nəzərinə çatdırıb. Sonra tərəflər ATƏT-in Astanda keçiriləcək zirvə sammiti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Parlament seçkilərində 690 namizəd mübarizə aparıb. TREND
|