 Noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkiləri sakit atmosferi ilə fərqlənib və bütün müxalifət partiyaları siyasi prosesdə iştirak edib, Avropa Şurasının bəyanatında deyilir. Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Parlament seçkilərində 690 namizəd mübarizə aparıb. Müşahidəçilər qeyd ediblər ki, Mərkəzi Seçki Komissiyası ümumilikdə seçkilər prosesinin texniki təminatı ilə bağlı məsələnin öhdəsindən yaxşı gəlib. Bəyanatda KİV azadlığının məhdudlaşdırılması və kəskin siyasi diskusiyaların olmaması da qeyd edilir. Avropa Şurası müsbət fakt kimi, seçicilərin mərkəzləşdirilmiş seçici reyestri ilə səsləri yoxlamaq və düzəliş haqda sorğu vermək və ya siyahıya daxil etmək imkanının olmasını qeyd edib. O cümlədən, MSK seçicilər, kütləvi informasiya vasitələri üçün maarifləndirmə kampaniyası da keçirib. trend
|