 Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,66 faizi seçkilərdə iştirak edib. Bu barədə 38 saylı Dairə Seçki Komisiyasından məlumat verilib. Məlumata görə, təcridxanada saxlanılan 600 nəfərin 400-ü səsvermədə iştirak edib. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır. Azərbaycanda parlament seçkiləri mojaritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Səsvermə yerli vaxtla 19:00-da başa çatacaq. Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir. TREND
|