 “ELS” Müstəqil Araşdırmalar Mərkəzi saat 15.00-a qədər olan seçici fəallığının səviyyəsini açıqlayıb. Saat 15:00-a seçici fəallığı 36,2 faizdir. Xatırladaq ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi bu gün keçirilən parlament seçkilərində 118 Seçki Dairəsində 1180 məntəqədə “exit-poll” keçirir. Tədqiqat prosesində 2360 nəfər intervüyer, qərargahda isə 300-ə yaxın əməkdaş, eləcə də supervayzer fəaliyyət göstərir. apa
|