 Saat 15.00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 1 877 517 nəfəri səsvermədə iştirak edib. Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində “Seçkilər” İnformasiya Mərkəzində olan əməkdaşı xəbər verib. Bu, ölkə üzrə seçicilərin 37,96%-i deməkdir. Ən böyük aktivlik 14 saylı Xəzər II (61,29%), passivlik isə 22 saylı Nəsimi II Seçki Dairəsində (13,26%) qeydə alınıb. Səsvermə davam edir. APA
|