 Saat 14:00-a olan məlumata görə, "Parlament -2010" seçki monitorinqi koalisiyasının təşkil etdiyi elektron səsvermədə 12400 seçici iştirak edib. Bu barədə bazar günü Trend-ə koalisiyanın təmsilçisi Aydın Kərimov bildirib. "Müşahidələrimizə əsasən, saat 14:00-a olan məlumata görə, seçicilərin 38 faizi artıq səsvermədə iştirak edib", - Kərimov deyib. Respublikanın 80 seçki dairəsində "Parlament -2010" seçki monitorinqi koalisiyasının 3087 müşahidəçisi səsvermənin gedişini izləyir. Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır. TREND
|