 Saat 12.00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 1 190 033 nəfəri səsvermədə iştirak edib. Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində “Seçkilər” İnformasiya Mərkəzində olan əməkdaşı xəbər verib. İlk dörd saat ərzində ölkə üzrə səsvermə hüququ olan vətəndaşların 24,06 faizi öz hüququndan istifadə edib. Ən böyük aktivlik 1 saylı Şərur-Sədərək (41,3%), passivlik isə 22 saylı Nəsimi II Seçki Dairəsində (7,79%) qeydə alınıb. Səsvermə davam edir. apa
|