 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə saat 12-yə qədər 8 259 (22,3%) seçici səs verib. Bu dairədə 40 məntəqə və 37 544 seçici qeydiyyatdadır. Seçicilər 4 namizəd arasında seçim edirlər. 75 saylı seçki dairəsində səsvermə prosesini MDB müşahidəçilərindən Nazim Əfəndiyev, Asxad Mazayev və Albert Abuzalov, ATƏT DTİHB-nin qısamüddətli müşahidəçiləri Hodvold Norris və Sergey Krutski, Ombudsman Aparatından Mahir Məmmədov izləyib. apa
|