 116 saylı Qəbələ seçki dairəsi üzrə seçicilərin 25,5%-i səsvermədə iştirak edib. 116 saylı Qəbələ DSK-dan, rayonda parlament seçkiləri ilə bağlı səsvermədə seçici fəallığı müşahidə olunur. Saat 12:00-dək 10 482 nəfər, yəni ümumi seçicilərin 25,5%-i səsvermədə iştirak edib. Seçkiləri 375 yerli müşahidəçi və ABŞ-ın Azərbaycandakı səfirliyinin, ATƏT və MDB-nin ümumilikdə 10 nümayəndəsi izləyir. Beynəlxalq müşahidəçilər Qəbələdə 22 seçki məntəqəsində səsvermə prosesini izləyib və heç bir qanun pozuntusu ilə rastlaşmayıb. Saat 12:00-dək DSK-ya heç bir şikayət və iradın daxil olmadığı, seçkilərin şəffaf və demokratik şəraitdə keçirildiyi bildirilir. DSK-nın əhatə etdiyi 51 məntəqə üzrə seçicilərin ümumi sayı 41 058 nəfərdir. Dairə üzrə 4 nəfər deputatlığa namizəd qeydə alınıb. apa
|