 “Hələ ki, seçki prosesində hər hansı pozuntu halı qeydə almamışıq”. Bunu 109 saylı Balakən seçki dairəsinin Qullar kəndində yerləşən 10 saylı məntəqəsində müşahidə aparan ATƏT Müşahidə Missiyasının İslandiyadan olan üzvü Palsdoti Raqinhedur açıqlamasında deyib. O, indiyə kimi prosesin normal getməsini müşahidə etdiklərini bildirib. Məntəqədə 2 ATƏT müşahidəçisi prosesi izləyir. Məntəqədə 1391 seçici qeydə alınıb. Talalıl kəndindəki 19 saylı məntəqədə isə ATƏT Müşahidə Missiyasının ABŞ və Almaniyadan olan müşahidəçiləri müşahidələr aparıblar. Məntəqədə 1429 seçici qeydə alınıb. Qeyd edək ki, 109 saylı dairənin 34 məntəqəsi üzrə 38 min 19 seçici qeydə alınıb. 952 nəfər ilk dəfə səs verir. Seçkiləri 234 yerli müşahidəçi izləyir. Saat 10.00-a olan məlumata görə, 3886 seçici səs verib. Məntəqələrdən 5-də veb-kamera quraşdırılıb APA
|