 50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsinin 43 saylı məntəqəsində saat 12.00-a qədər 200-ə yaxın seçici səs verib.O, məntəqədə 6 yerli müşahidəçinin müşahidə apardığını, hər hansı qanun pozuntusunun qeydə alınmadığını deyib. Məntəqədə 1418 seçici qeydiyyatdadır. Eyni dairənin 45 saylı məntəqəsində isə veb-kamera quraşdırılıb. Məntəqədə 1385 seçici qeydiyyatdadır. Məntəqə Seçki Komissiyanın sədri Nurəddin Sadıqov saat 12.00-a qədər 289 nəfərin səs verdiyini açıqlayıb. Səsvermənin gedişini 9 yerli müşahidəçi izləyir. MDB müşahidə missiyasının 2 nümayəndəsi səhər saatlarında məntəqədə olub. Onlar prosesin normal keçdiyini söyləyiblər. APA
|