 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) parlament seçkilərində 4400 seçki məntəqəsində müşahidə aparacaq. Bunu “Qafqazinfo”ya açıqlamasında AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib. Onun sözlərinə görə, artıq müşahidəçilər qeydiyyatdan keçiblər: “Bu gün Mərkəzi Seçki Komissiyasından müşahidə vəsiqələrini aldıq. Səsvermə günü 20 operator olacaq. Onlar qərargahda oturub telefon vasitəsi ilə məntəqələrdə oturan müşahidəçilərlə əlaqə saxlayacaqlar. Onlara iki sual veriləcək. Seçici vəziyyəti necədir? Qanun pozuntusu var, yoxsa yox? Sonda biləcəyik ki, seçkilər necə keçdi. Qanun pozuntusu aşkarlansa, seçkinin səhəri günü təxminən saat 11.00-da mətbuat konfransı keçirəcəyik. Qanun pozuntusu olarsa, həmin gün bəyan ediləcək”. Qafqazinfo
|