 bağlı tələbləri açıqlayıb. "Parlament seçkiləri üçün təşviqat dövründə seçicilərlə görüş ancaq əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda keçirilə bilər", - MSK sədri Məzahir Pənahov komissiyanın cümə axşamı keçirilən iclasında bildirib. MSK sədri onu da qeyd edib ki, seçicilərlə görüşə maneələr olması ilə bağlı MSK-ya müraciət göndərənlər konkret faktlar göstərməlidirlər. "Faktlar olmayan müraciət anonim məktuba bənzəyir", - Pənahov deyib. "Seçicilərlə görüşlər zamanı dairə seçki komissiyasının nümayəndəsi də iştirak etməlidir ki, sonradan seçki qanunvericiliyinə zidd fikirlərin səslənməsinə əsas olmasın", - o deyib. Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. TREND
|