Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

“QAPIDAN – QAPIYA” PROQRAMI
“QAPIDAN – QAPIYA” PROQRAMISeçki kampaniyası zamanı bir sıra proqramlar həyata keçirilir. Bunların ən vaciblərindən biri “Qapıdan-qapıya” proqramıdır. Bu proqram seçki kampaniyasının qələbə ilə nəticələnməsində mühüm rol oynayır. İnsanlar bu cür görüşləri uzun zaman yaddan çıxarmırlar. Bu proqram seçicilərlə təkbətək əlaqə yaradılmasında, onların partiyanın tərəfinə çəkilməsində ən yaxşı üsullardan biridir. Bu proqramın müsbət cəhətləri aşağıdakılardır:

– seçicilərlə şəxsi əlaqələr yaranır;
– seçicilərin etibarı çoxalır;
– könüllülərin dəstəyi qazanılır, onların ünvanları müəyyən olunur;
– tərəfdarlar müəyyən olunur;
– tərəddüd edənlər cəlb edilir;
– maliyyə vəsaitinin toplanması və reklam işlərinin həyata keçirilməsi üçün yeni imkanlar yaranır və s.
Bu kampaniyaya başlamazdan əvvəl hər bir seçki məntəqəsi üzrə seçici siyahıları əldə edilməlidir. Bundan sonra proqramda iştirak edəcək insanlar və gediləcək evlər müəyyənləşməlidir. Adətən bəzi könüllülər öz yaşadığı məhəllədəki evlərə getməyə daha çox üstünlük verirlər. Buna görə də tərəfdarlar, yoxsa tərəddüd edənlərin çoxluq təşkil etdikləri məhəllələrdən hansına gedilməsi qabaqcadan dəqiqləşdirilməlidir. Bundan sonra onlardan daha vacib hesab olunan evlərə gedilməsi xahiş edilməlidir.
“Qapıdan – qapıya” proqramı “Seçicilərlə əlaqə qurma” proqramı (məktub proqramı, telefon bankları) ilə birgə həyata keçirilməlidir. Bu proqramın təsirini artıra bilər.
“Qapıdan – qapıya”proqramını hazırlayarkən aşağıdakı sualları aydınlaşdırmaq lazımdır:
– Bu proqramın əsas məqsədi nədir?
– Rayon ərazisinin coğrafi böyüklüyü və əhalisinin sayı nə qədərdir?
– Sizin tərəfdarlarınızın olduğu zəif və fəal məhəllələr, küçələr və yaşayış binaları hansılardır?
– Hansı məhəllələrdə fəaliyyət göstərəcəksiniz, zəif, yoxsa fəal?
– Təkbətək əlaqə qura biləcəksinizmi?
– Şəxsən namizədin gedə bilmədiyi məhəllələrə getmək üçün lazımi sayda könüllü toplaya bilmisinizmi?
– Vacib hesab etdiyiniz evlərə gedən zaman həmin ailələri yaxşı tanıyan şəxslər sizinlə ora gedəcəklərmi?
– Sakinlər sizin “Qapıdan – qapıya” proqramınızı gözləyirmi? Yoxsa bu onlar üçün yenilik olacaq? Əgər əvvəllər sakinlərlə bu cür proqram həyata keçirilibsə, nəticəsi necə olub?
– Namizədin seçki gününə az qalmış tərəfdarları ilə görüşməyə imkanı varmı?
– Rəqibləriniz “Qapıdan – qapıya” fəaliyyəti ilə bağlı işlər görürlərmi və ya görəcəklərmi?
“Qapıdan – qapıya” strategiyasını hazırladıqdan sonra təqvim tutmaq lazımdır. Könüllülər üçün treninq keçirilməsi də təqvimə daxil edilməlidir. Hansı məhəllələrə gedəcəksinizsə oranın xəritəsinin və ya sxeminin, ünvanlarının könüllülərə verilməsi vacibdir. Mümkündürsə könüllüləri tərəfdarlarınız, rəqiblərin və tərəddüd edənlərin siyahıları ilə də təmin edin. Yaddan çıxarmaq lazım deyil ki, könüllülər seçicilərlə görüşə gedərkən namizədin seçki platformasını yaxşı bilməlidirlər.
Könüllülər “Qapıdan – qapıya” proqramını aşağıdakı qaydada keçirməlidirlər:
– Könüllülər seçicilərin evlərinə gedir, onlara namizəd haqqında məlumat verir və onlardan kömək istəyirlər;
– Qapıda söhbətlər 30 saniyədən çox olmamalıdır. Burada məqsəd seçicini görmək və əsas məlumatı ona çatdırmaqdır. Yadda saxlamaq lazımdır ki, seçicilərlə mübahisə etmək olmaz;
– Könüllülər seçicilərin gözlərinə baxmalı, salamlaşmalı, gəlişinin məqsədini və namizədin adını deməlidir. Könüllünün aşağıdakı nümunəyə uyğun danışması tövsiyə olunur: “Salam, mən (ad və familya göstərilməlidir), sizin qonşunuzam. Mən sizə Milli Məclis üzvlüyünə namizəd ( ad və familya göstərilməlidir) haqqında məlumat verməyə gəlmişəm. Milli Məclis üzvlüyünə namizəd (ad və soyad göstərilməlidir) rayonda mövcud olan problemlərin səbəblərini və həlli yollarını bilir. O, öz proqramı və sağlam komandası ilə bu problemləri həll etmək imkanına malikdir. Buna görə də öz namizədliyini irəli sürüb. Biz sizin ona səs verəcəyinizə əmin ola bilərikmi? və s. ;
– Görüş üçün ən yaxşı vaxt adi günlərdə axşamlar, şənbə və bazar günləri günortadır. Görüşünüz qısa və dostyana olmalıdır. Əgər təsadüfən yemək vaxtına düşsəniz üzr istəməniz məsləhətdir;
– Qapını döydükdən sonra əgər ev yiyəsi qapını açarsa bir addım geri çəkilin və o saat evə girməyin. Əgər seçici qarşınıza uşaqla çıxarsa uşaqlara nəvaziş göstərin. Bu amilin valideynlərin səsinin qazanılmasında müsbət təsiri ola bilər;
– Könüllülər seçicilərlə danışdıqları vaxt seçki kampaniyası üçün lazım olan məlumatlar haqqında yazılı qeydlər götürməlidir;
– Şəhərlərdə 200 mənzilə getmək üçün təxminən 2- 3 saat vaxt ayırmaq kifayətdir;
– Mənzillərə gedərkən könüllülərin namizədin təbliğini əks etdirən yazılar və ya nişanlar olan paltarlar geyinmələri məsləhətdir;
– Könüllülər təbliğat materialları, namizədin tərcümeyi-halı, müxtəlif nişan və emblemlərlə təmin olunmalıdır.

KÖNÜLLÜLƏRDƏN
AŞAĞIDAKI QAYDALARA RİAYƏT ETMƏLƏRİ
XAHİŞ OLUNUR:

1. Şən əhval – ruhiyyəli olun. İnsanlarla ünsiyyətdə sadə, dostyana münasibətlərə üstünlük verin;
2. Ruhi xəstələrin, alkoqoliklərin və narkomanların yaşadığı evlərə gedilməsi vacib deyil;
3. Təhlükəsizliyiniz üçün it olan evlərə getməyin;
Könüllülər işlərini bitirdikdən sonra namizəd onlara təşəkkür etmək üçün ümumi yığıncaq keçirməlidir.
“Qapıdan – qapıya” proqramına Türkiyədə “fışıltı qəzeti” deyilir. “Media” dedikdə gözümüzün qabağına ilk növbədə qəzetlər və telekanallar gəlir. Partiya mesajları əhaliyə bunlar vastəsilə çatdırılır. Lakin əslində bu dar mənada “media”dır, bundan başqa bir sıra media kanalları da vardır.
Qəzet və telekanallarla yayılan xəbərlərdən yalnız bu qəzetləri oxuyan və bu kanallara baxanların xəbəri olur. Bu informasiya vasitələri böyük ölçüdə məlumatı yaymaq iqtidarında deyil. Bunlardan fərqli daha qüvvətli vasitə vardır. Qəzetlərdə oxuduqlarımıza və ya ekranda baxdıqlarımıza çox zaman inanmayaraq bunlara şübhə ilə yanaşırıq. Amma məhəllənizdə, ailənizdə, iş yerlərinizdə inandığınız şəxslərin verdiyi informasiyalara daha çox etibar edirsiniz. Bu bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da ən etibarlı media kanalıdır. Əlbəttə qəzet və TV kanallar vasitəsilə təbliğatı təşkil etmək önəmlidir. Ancaq bunlarla yanaşı məhəllənizdə, ailə və iş yerlərinizdə insanlarla söhbətlər aparılmasının da böyük əhəmiyyəti vardır. Yəni “fışıltı qəzeti”ni işlətmək üçün müstəqil namizədin seçki qərargahının üzvləri bir media kanalı kimi fəaliyyət göstərməlidir. Onların bir media kanalı kimi fəaliyyət istiqamətlərindən biri evləri ziyarət etməkdir. Bu ziyarətlərdə, 2- 3 nəfərlik kişi və ya xanım qrupları evlərə gedərək həmin evlərin ailə üzvlərinə namizədin platformasını sadə sözlərlə izah edirlər.
Namizəd həm özünü xalqa sevdirmək, həm də onların nəbzini tutmaq üçün insanlarla təmasda olmalıdır. Ev ziyarətləri xalqla təmas yaratmağın ən yaxşı üsuludur.
Ev ziyarətlərində xalq namizədin varlığını hiss edir. Vətəndaş onu sayıb qapısına gəlmiş namizədi və ya onun səlahiyyətli nümayəndəsini daha çox dəyərləndirir. Təsirli ev ziyarətindən sonra, zəncirvari reaksiya kimi, əvvəl bir ailə üzvləri arasında, daha sonra məhəllə üzvləri arasında və s. namizədin təbliğatı aparılmalıdır.

AVCIYAnin Mətbuat Xidməti
Tarix: 28 Oktyabr 2010   |  Oxunub: 133 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net