
“Parlament -2010” seçki monitorinqi koalisiyasının üzvləri 80 dairənin seçki məntəqələrində müşahidəçilik edəcək şəxslərlə görüşlərini davam etdirir.
Koalisiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Parlament -2010” seçki monitorinqi koalisiyasının üzvləri 18 saylı Nərimanov–Nizami, 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci, 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci, 23 saylı Nəsimi–Səbail, 63 saylı Sabirabad birinci, 62 saylı Saatlı, 79 saylı İmişli, 81 saylı Beyləqan, 107 saylı Qazax, 108 saylı Ağstafa, 105 saylı Tovuz, 47 saylı Mingəçevir, 29 saylı Səbail, 15 saylı Yasamal birinci, 16 saylı Yasamal ikinci, 17 saylı Yasamal üçüncü, 82 saylı Ağcabədi, 93 saylı Bərdə, 95 saylı Tərtər, 48 saylı Yevlax, 112 saylı Qax, 110 saylı Zaqatala, 109 saylı Balakən seçki məntəqələrinin monitorinqini həyata keçirən müşahidəçilərlə görüşüb, seçki gününədək, seçki günü aparılacaq işlərlə onları tanış edib, müşahidə zamanı lazım olan paylama materialları ilə onları təmin ediblər.
İştirakçılar tərəfindən verilən suallar ətraflı şəkildə cavablandırılıb
İştirakçılara bir daha müşahidəçilərin hüquq və vəzifələri, seçkilərdə müşahidənin aparılmasının beynəlxalq prinsipləri haqqında məlumat verilib və seçki günü müşahidənin professional şəkildə aparılması üçün müşahidə blankları paylanılıb.
Seçki məntəqələri üzrə müşahidəçilərlə görüşlər davam edir.
APA