 MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) parlament seçkilərini müşahidə missiyası noyabrın əvvəlində Azərbaycana gələcəkdir. MDB PA DİMBİ Bakı filialının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müşahidə missiyasına 26 nəfər daxildir. Missiyanın tərkibinə MDB PA-ya üzv dövlətlərin parlamentlərinin deputatları və ekspertləri daxildirlər. Missiyanın əlaqələndiricisi Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlovadır. Missiyanın üzvləri Mərkəzi Seçki Komissiyasında, Bakıda və regionlarda dairə və məntəqə seçki komissiyalarında olacaqlar. Missiya üzvlərinin yüksək vəzifəli şəxslərlə görüşləri də nəzərdə tutulmuşdur. AzərTAc
|