 Böyük Britaniyaya səfər edir. Trend-in AMİP-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Böyük Britaniyanın Konservatorlar Partiyasının oktyabrın 3-dən 6-dək Birmingem şəhərində baş tutacaq qurultayında iştirak etmək üçün həyata keçiriləcək. Qurultay zamanı Məmmədovun Birləşmiş Krallığın bir sıra rəsmiləri ilə, o cümlədən xarici işlər naziri Vilyam Heyqlə görüşləri gözlənilir. AMİP Beynəlxalq Demokrat İttifaqı (BDİ) çərçivəsində Böyük Britaniyanın hakim Konservatorlar Partiyası ilə müttəfiqlik edir. Məmmədov 2005-ci ildən BDİ-nin sədr müavinidir. Trend
|