Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

AVCİYA seçkilərə kömək məqsədilə maarifçilik təbliğatını davam etdirir
AVCİYA seçkilərə kömək məqsədilə maarifçilik təbliğatını davam etdirirSeçkilərin müşahidəsi sahəsində beynəlxalq təcrübə göstərir ki, bu missiyanın məqsədi seçki saxtakarlığının qarşısını almaqdır. Seçkilərin monitorinqi əksər ölkələrdə beynəlxalq və yerli müşahidəçilər tərəfindən aparılır. Seçki prosesi zamanı ehtimal olunan saxtakarlıqların qarşını almaqla bağlı vətəndaşların maarifləndirilməsinə daim ehtiyac var. Bu məqsədlə seçki saxtakarlığı ilə bağlı bəzi fikirlərimizi oxucularla bölüşməyi lazım bilirik. Beynəlxalq təcrübə sübut edir ki, saxtakarlıqlar seçki kampaniyasının aşağıdakı mərhələlərində baş verə bilər: 1. Seçki bülletenlərinin məntəqələrə paylanması mərhələsi. Bu mərhələdə seçki bülletenləri məntəqələrə nəzərdə tutulduğundan daha artıq sayda verilə, qeydə alınmaya bilər. Artıq bülletenlər seçki prosesində hər hansı namizədin xeyrinə istifadə oluna bilər. Buna görə də müşahidəçilər seçki başlanmazdan əvvəl bülletenlərin sayılması prosesində iştirak edib, məntəqə komissiyasına daxil olan bülletenlərin dəqiq sayını bilməli və bunu seçki qurtardıqdan sonra qutudan çıxan bülletenlərin sayı ilə müqaisə etməlidir. 2. Seçki məntəqələrinin və seçki qutularının səsverməyə hazırlanması mərhələsi. Bu mərhələdə saxta bülletenlər ya səsvermə başlamamışdan müşahidəçilərə müəyyən təzyiq göstərməklə qutulara qabaqcadan doldurula, ya əvvəldən təşkil olunmuş insanlar vasitəsilə seçki qutusuna salına, ya da səsvermə prosesi başa çatdıqdan sonra seçki komissiyalarındakı bəzi nümayəndələr tərəfindən səsvermə qutusundan çıxarılmış bülletenlərə müxtəlif üsullarla qarışdırıla bilər. Bu mərhələdə həmçinin sonradan əsas səsvermə qutusu ilə dəyişdirmək üçün saxta bülletenlərlə doldurulmuş ehtiyat səsvermə qutusu və ya səyyar səsvermə qutusu da hazırlana bilər. 3. Səsvermənin gedişi mərhələsi. Bu mərhələdə saxtalaşdırma hallarının aşağıdakı üsullardan istifadə etməklə həyata keçirilməsi ehtimalı ola bilər: l saxtalaşma prosesində iştirak etmək üçün qabaqcadan ələ alınmış insanlar tərəfindən hazır bülletenlərin qutulara salınması yolu ilə; l seçki məntəqələrinə gəlmək imkanı olmayan seçicilərin evlərinə səyyar qutuların aparılması və həmin şəxslərin səsverməsi zamanı. Çox zaman seçki komissiyasının bəzi üzvləri seçki məntəqələrinə gəlmək imkanı olmayan seçicilərin adından çoxlu sayda saxta ərizələr yazır və bundan saxtakarlığın həyata keçirilməsində istifadə edirlər. Bunun qarşısını almaq üçün müşahidəçilər həmin ərizələrin sayını dəqiq bilməli və ərizələrin kim tərəfindən yazıldığını dəqiqləşdirməlidirlər. l Qabaqcadan təşkil olunmuş bəzi seçicilərə ailə üzvlərinin əvəzinə səs verməsinə şərait yaradılması yolu ilə. Bu cür şəxslər bəzən ailə üzvləri adı altında əsasən başqa şəxslərin yerinə səs verməklə saxtakarlıq prosesində iştirak etməyə cəhdlər də edə bilərlər. l Müxtəlif namizədləri təmsil edən komissiya üzvlərinin qarşılıqlı razılaşması əsasında namizədlər üçün bərabər sayda bülletenlərin qutulara doldurulması yolu ilə. 4. Seçki bülletenlərinin qutulardan boşaldılması və yekun protokolun tərtibi mərhələsi. Bu mərhələ zamanı saxtalaşdırma əsasən aşağıdakı üsullarla həyata keçirilə bilər: * Bülletenlər qutulardan boşaldılarkən saxtakarlıq edən komissiya üzvləri süni surətdə gərginlik, mübahisə yaradaraq, qarışıqlıqdan istifadə edib hazır bülletenləri qutulardan çıxan bülletenlərlə qarışdırmaq yolu ilə hər hansı bir namizədin xeyrinə saxtakarlıq edə bilərlər; l Seçki bülletenləri sayılarkən müşahidəçiləri məntəqədən polis gücünə çıxarmaqla saxtakarlığın həyata keçirilməsi. Seçki saxtakarlığını həyata keçirmək üçün bu üsul demək olar ki, ən kobud üsul hesab olunur; l Seçki bülletenləri sayılarkən işıqların bilərəkdən söndürülməsi yolu ilə saxtakarlığa şərait yaradılması. Bunun qarşısını almaq üçün komissiya üzvləri və müşahidəçilərin özləri ilə əl fonarı və şam götürmələri məsləhət görülür; l Bülletenlər qruplaşdırılarkən bilərəkdən əks tərəfə aid namizədə veilmiş səslərin başqasının xeyrinə hesablanması və ya bülletenlərə əlavə işarələr qoymaqla həmin bülletenlərin etibarsız hesab olunması yolu ilə rəqibin səsləri azaldıla bilər; l Əsl protokoldan fərqli protokollar tərtib etmək yolu ilə. Buna imkan verməmək üçün müşahidəçilər seçkinin sonunda yekun protokolun surətini komissiyadan mütləq tələb etməlidirlər; ABŞ Beynəlxalq Respublikaçılar İnstitutu O.P.Kudinovun müəllifliyi ilə rus dilində nəşr etdiyi “Seçki kampaniyasının hazırlanması və keçirilməsi” adlı kitabda seçki məntəqələrində tez-tez rast gəlinən qanun pozuntuları haqqında məlumat vermişdir ki, bunlar da aşağıdakılardır: – Qeyri-qanuni kömək; – Özgə sənədi ilə səs vermək; – Qeyri-qanuni təbliğat; – Səslərin hesablanması zamanı əyintilər; – Seçkilərdə qeyri-qanuni iştirak; – Ələ alma; – Qorxutmaq; Yekun olaraq onu da qeyd etmək istəyirik ki, seçki prosesində hər hansı qanun pozuntusunun qarşısını almaq üçün yuxarıda göstərilən tövsiyələrlə yanaşı vətəndaşların “Seçki Məcəlləsi”ni dərindən bilməsinə və seçki proseslərində fəal olmasına da ehtiyac var. Bunlara əməl olunarsa ədalətli və şəffaf seçkilər üçün münbit şərait yaranar.

AVCIYANIN Mətbuat Xidməti
Tarix: 30 Sentyabr 2010   |  Oxunub: 92 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net