 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ölkəmizdə keçiriləcək parlament seçkiləri ərəfəsi beynəlxalq əlaqələrini daha da genişləndirir. Son vaxtlar belə əməkdaşlıq 30 ölkəni və 12 beynəlxalq təşkilatı özündə birləşdirən Avropa Ölkələrində Seçkilərin Təşkilatçıları Assosiasiyası (ACEEEO) ilə də yaranıb. Bu günlərdə isə Gürcüstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Zurab Xarataşvili AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlıya məktub göndərərək Gürcüstan Seçki İnistitutları ilə səmərəli əməkdaşlığa görə assosiasiya rəhbərliyinə öz təşəkkürünü bildirib. Təşəkkür məktubunda Gürcüstanın Mərkəzi Seçki Komissiyasının sədri gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi, demokratik və şəffaf seçkilərə dəstək sahəsində birgə səylərin artırılmasının vacib olduğunu da xüsusi vurğulayıb. AVCIYANIN Mətbuat Xidməti
|