 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının təmsilçiləri parlament seçkiləri ilə əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirmək, beynəlxalq təcrübəni dərindən öyrənmək məqsədilə bu qurumlarla təmasları davam etdirirlər. Bu silsilədən növbəti görüş AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Siyasi Məsələlər üzrə Mütəxəssisi Manfredas Limantas arasında keçirilib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, beynəlxalq təşkilatlarla əməkdaşlıq, seçki qanunvericiliyi, Venetsiya Komissiyasının təklifləri, AVCİYA Seçki Qərargahının parlament seçkiləri ilə əlaqədar gördüyü işlər, assosiasiyanın regional ofislərinin fəaliyyəti və s. məsələlər geniş müzakirə edilib. Görüşdə əməkdaşlığın daha da genişləndirilməsi, informasiya mübadiləsinin təşkili və s. məslələr barədə razılıq əldə olunub. AVCIYANIN Mətbuat Xidməti
|