 Parlament seçkiləri ilə bağlı indiyə qədər 125 seçki dairəsi üzrə 1231 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib. Namizədliyi təsdiqlənən şəxslərdən 1167 nəfər dairə seçki komissiyalarından (DSK) imza vərəqələri götürüb. 269 nəfər imza vərəqələrini və digər zəruri sənədləri DSK-lara təhvil verib. İndiyədək 78 seçki dairəsi üzrə 121 nəfərin namizədliyi qeydə alınıb. APA
|