Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Seçkilərdə medianın rolu
Seçkilərdə medianın roluAzərbaycan KİV-i parlament seçkilərinə hazırdırmı?


Bütün dünyada “cəmiyyətin güzgüsü” sayılan medianın rolu yüksək qiymətləndirilir. Xüsusən, seçki ilində KİV-ə böyük üstünlük verilir. Siyasilər öz təbliğatlarının aparılmasında mövqelərinin hər zaman istər yazılı media, istərsə də elektron kütləvi informasiya vasitələrində işıqlandırılmasında maraqlı olurlar. Azərbaycanda indiyədək 12 seçki keçirilib ki, bunlardan 6 prezident, 3 parlament və
3 bələdiyyəyə aid seçkilər olub. Hər seçki dövründə Azərbaycan KİV-i daha fəal şəkildə iştirak edir. Bu il keçiriləcək parlament seçkilərinə KİV-lər necə hazırlaşırlar? Seçkilərlə bağlı vətəndaşlara hansı yenilikləri təqdim edəcəklər?

“Həftə içi” qəzetinin baş redaktorunun müavini Vüqar Bektaş avciya.az xəbər portalına bildirib ki, təmsil olunduğu mətbu orqanda parlament seçkiləri ilə bağlı hazırlıqlar davam etdirilir. Onun sözlərinə görə, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə yardımı əsasında qəzetin texniki imkanları yaxşılaşdırılıb. V.Bektaş həmçinin parlament seçkiləri ilə bağlı qəzet tərəfindən yeni layihələrin hazırlandığını, lakin bu sahədə işlərin hələ başa çatmadığı üçün ictimaiyyətə açıqlanmadığını diqqətə çatdırıb: “Ötən seçkilərdə olduğu kimi bu il keçiriləcək parlament seçkilərində də mövcud qanunvericilikdə nəzərdə tutulan səviyyədə iştirak edəcəyik”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı açıqlmasında parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası başlamamış mediada aktivlik müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi KİV orqanı bu sahədə geniş təcrübəyə malikdir: “Artıq “Şərq” qəzeti uzun illərdir fəaliyyət göstərir və keçirilən seçkilərdə öz təcrübəsi və aktivliyi ilə seçilib. Bu il keçiriləcək parlament seçkilərinə də redaksiya hazırlıq işləri görür. Təbliğat və təşviqat kampaniyasında qəzetimizdə yer alacaq siyasi reklamların tarifləri müəyyən olunub və biz onu Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik.
Qəzet rəhbəri onu da vurğulayıb ki, seçkilərlə bağlı hansısa yeni layihələr olmayacaq. A.Aşırlı ötən parlamet seçkisində olduğu kimi hansısa partiyalarla müqavilələr imzalanaraq, müvafiq işlər həyata keçirilməsinin mümkünlüyünü qeyd edib: «Biz bu zaman həmin partiyanın platformasını, şüarlarını çap etməklə yanaşı, seçkiyə aid bütün məlumatları qəzetimizdə yerləşdiririk. Belə layihələr eyni zamanda ayrı-ayrı namizədlərlə də həyata keçirilə bilər”.

“Mərkəz” qəzetinin baş redaktorunun birinci müavini Nicat Sadıxlı bildirib ki, gündəlik çıxan mətbu orqan kimi parlament seçkilərinə hazırlıqla bağlı məlumatlar dərc edilir. Onun sözlərinə görə, bu məlumatlar əsasən, dairə seçki komisiyyalarının formalaşdırılması, seçki hazırlığı və digər bu kimi məsələlərlə bağlıdır: “Parlament seçkiləri ilə bağlı yeni layihələrimizin olacağını güman etmək olar. Amma qeyd etməliyəm ki, artıq bir ilə yaxındır 2Hesabat” rubrikası adı altında millət vəkillərinin fəaliyyətini əhatə edən materiallar dərc olunur”.
N.Sadıxlı təbliğat dövründə siyasi reklamların qəzetdə gedib-getməyəcəyi ilə bağlı rəhbərlik tərəfindən hələlik hansısa qərarın qəbul edilmədiyini diqqət çatdırıb.

“Ekspress” qəzetinin siyasət üzrə redaktoru Qalib İbrahimoğlu bu il keçiriləcək parlament seçkilərində digər media qurumları kimi fəallıq nümayiş etdirəcəyini diqqətə çatıdırb. Onun fikrincə, təbliğat və təşviqat kampaniyasına strat verildiyi gündən başlayaraq, seçki prosesi, namizədlərin təbliğatı ilə bağlı materiallara geniş yer veriləcək: “Həmçinin qəzetimizin əməkdaşları seçki günü ayrı-ayrı məntəqələrdə müşahidələr aparacaqlar və eyni zamanda “exit-poll” keçirəcək təşkilatlardan mütəmadi məlumatlar alacaqlar. Bir məqamı da qeyd edim ki, siyasi reklamların qəzetlərdə verilməsi ilə bağlı qərar açıqlandıqdan sonra biz bu məsələ ilə əlaqədar öz tariflərimizi müəyyənləşdirib Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik”.

“Üç nöqtə” qəzetinin redaktoru Şahin Əliyev isə bildirib ki, ötən parlament seçkilərində olduğu kimi bu ildə qəzet fəallıq nümayiş etdirəcək. Onun sözlərinə görə, seçki marafonu başlanmadığı üçün qəzet hazırlıqla bağlı gündəlik məlumatlara üstünlük verir: “Əsasən, Mərkəzi Seçki Komissiyasının və digər bu kimi seçki ilə bağlı materiallar işıqlandırılır. Seçki marafonu başlandıqdan sonra namizədlərin təbliğatı, seçki günü komisiyaların fəaliyyəti və bu kimi materiallara üstünlük veriləcək. Qeyd edim ki, siyasi reklamların tariflərinə seçkilərə start verildikdən sonra yenidən baxılacaq və müəyyən olunacaq”.
Ş.Əliyev seçkilərlə bağlı “Üç nöqtə” qəzetinin hansısa yeni layihələrinin olmadığını da diqqətə çatdırıb.

P.S. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən digər KİV-lərin də seçkilərə hazırlığı ilə bağlı mövqeyi avciya.az saytında davamlı olaraq yerləşdiriləcək.

AVCİYA Mətbuat Xidməti
Tarix: 6 Sentyabr 2010   |  Oxunub: 110 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net