|
Venesiya Komissiyası rəsmi Bakıdan müvafiq istək alarsa, Seçki Məcəlləsindəki dəyişikliklər üzərində işləməyə hazırdır. Bu barədə Avropa Şurasının Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov "Trend"ə deyib: "Bizim nizamnaməyə görə, Venesiya Komissiyasına ya ölkə hakimiyyəti, ya Avropa Şurası Parlament Assambleyasının nizamnamə orqanları, ya da nazirlik komitələri müraciət edirlər". Kuznetsovun sözlərinə görə, hələlik Azərbaycan hökumətindən məsələ ilə bağlı heç bir tələb gəlməyib. Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri ərəfəsində bir sıra müxalifət partiyası məcəlləyə düzəliş edilməsini tələb edirlər. Azərbaycanda bələdiyyə seçkiləri dekabrın ikinci yarısında keçiriləcək.
www.525.az
|