Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Seçki Məcəlləsinə dəyişikliklər bələdiyyə seçkilərinə kimi mümkün olmayacaq
"Siyasi partiyalar haqqında" qanuna və Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi bələdiyyə seçkilərinə qədər mümkün olmayacaq. Bu barədə qəzetimizə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat verdi. O qeyd etdi ki, bir müddət öncə işini başa vurmuş parlamentin növbədənkənar sessiyası zamanı təmsilçisi olduğu YAP adından "Siyasi partiyalar haqqında" qanunun dəyişdirilməsi təklifi ilə çıxış edib. O cümlədən parlamentin növbədənkənar sessiyasının sonuncu iclaslarından birində də bu məsələni yenidən gündəmə gətirib: "Bu məsələni gündəmə gətirməkdə də məqsədimiz o idi ki, ən azı növbəti bələdiyyə seçkilərinə kimi sözügedən qanuna baxılsın, orada müəyyən dəyişikliklər edilsin. Eyni zamanda, biz istəyirik ki, Seçki Məcəlləsinə də bələdiyyə seçkiləri ilə bağlı müəyyən dəyişikliklər olunsun. Ancaq özünüz də bildiyiniz kimi, parlamentin növbəti payız sessiyası ilə bələdiyyə seçkiləri təxminən eyni vaxta təsadüf edir. Ona görə istər "Siyasi partiyalar haqqında" qanuna, istərsə də Seçki Məcəlləsinə dəyişiklikləri bələdiyyə seçkilərinə kimi reallaşdırmaq mümkün olmayacaq". S.Novruzov dedi ki, müvafiq Seçki Məcəlləsi ilə bələdiyyə seçkilərinə rəsmi hazırlığa seçki gününə 75 gün qalmış icazə verilir. Yəni bələdiyyə seçkilərinə hazırlığa rəsmi start verilməsi sentyabrın sonları, oktyabrın əvvəllərinə təsadüf edir. Parlamentin payız sessiyası isə oktyabrın 1-də başlayacaq. Odur ki, ən azı Seçki Məcəlləsinə nəzərdə tutulan dəyişiklikləri bələdiyyə seçkilərinə kimi reallaşdırmaq mümkün olmayacaq: "Bununla belə, güman edirəm ki, payız sessiyasının gedişatı zamanı həm Seçki Məcəlləsinə dəyişikliklərə, həm də "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərə baxmaq və onları reallaşdırmaq olar. Bir sözlə, qarşıdan gələn parlament seçkilərinə "Siyasi partiyalar haqqında" yeniləşdirilmiş qanunla getmək mümkündür".
Məqamı düşmüşkən, görəsən, bir millət vəkili və YAP yetkilisi olaraq S.Novruzov şəxsən "Siyasi partiyalar haqqında" qanunu necə görür? Millət vəkilinin qeyd etdiyinə görə, "Siyasi partiyalar haqqında" qanunda çox böyük blok dəyişikliklər olmalıdır. Özü də orada tək bir dəyişiklikdən söhbət getməməlidir. Orada edilməli olan çoxlu dəyişiklik var ki, əslində, onları da bir neçə qrupa bölmək olar: "Məsələn, siyasi partiyaların qeydiyyatdankeçmə prosedurundan tutmuş onların fəaliyyətinə, dövlət tərəfindən maliyyələşdirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa, onlarda təmsilçilik məsələsinə və digər məsələlərə qədər bütün məqamlar dəyişikliklərdə mütləq nəzərə alınmalı və reallaşdırılmalıdır. Məhz bu baxımdan, biz YAP olaraq belə hesab edirik ki, "Siyasi partiyalar haqqında" mövcud qanuna ciddi dəyişikliklər edilməli, hətta lazım gələrsə, qanun bütövlükdə yeniləşdirilməlidir. Bu dəyişikliklərin edilməsi, təkmilləşdirilmənin aparılması olduqca vacibdir və zəruridir".
Yuxarıda da qeyd olunduğu kimi, qarşıdan növbəti bələdiyyə və onun ardınca 2010-cu il növbəti parlament seçkiləri gəlir. Bu baxımdan, YAP-ı bu seçkilərə tam hazır hesab etmək olarmı? S.Novruzovun sözlərinə görə, YAP hər iki seçkiyə, xüsusilə bələdiyyə seçkilərinə - seçkilərə hazırlığa rəsmi start verilməsə belə - tam hazırdır. YAP özünün Proqram və Nizamnaməsinə uyğun olaraq bələdiyyə seçkilərinə hazırlıqla bağlı lazım olan bütün işləri görüb. Yəni bu yöndə müvafiq müşavirə keçirilib, bununla bağlı partiyanın İdarə Heyətinin müvafiq qərarı verilib. Həmçinin yerlərdə müvafiq seçki qərargahları yaradılıb və onların üzvləri artıq fəaliyyət göstərməkdədirlər: "Bununla yanaşı, biz ümumiləşdirilmiş şəkildə şüarlarımızı və seçki proqramımızı işləməkdəyik, hazırda bunların üzərində iş aparılır. Bələdiyyə seçkilərinin rəsmi hazırlığı çərçivəsində, qanunun müəyyən etdiyi zamanda biz həmin seçki proqramımızı və əsas istiqamətlər üzrə şüarlarımızı bəyan edərək bu yöndə lazımi təşviqat işlərini də quracağıq".
/kaspi.az/
Tarix: 20 Avqust 2009   |  Oxunub: 310 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net