 Azərbaycanda referendumla bağlı təbliğat aparacaq təşviqat qruplarının hər birinə 23 min manat vəsait ayrılacaq, Trend News-un məlumatına görə, çərşənbə günü keçirilən iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. “Buna baxmayaraq, qanunvericilik hər bir təşviqat qrupunun 4 mln. manata qədər ianə toplamasına da imkan verir”, - Pənahov əlavə edib.Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start verəcəklər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır. MSK-nın iclasında “Hüquq və Demokratiya”, “Şəhər”, “Tərəqqi”, “Vətəndaş Cəmiyyəti” və “Davamlı İnkişaf Naminə” təşviqat qruplarının komissiyada məşvərətçi səs hüquqlu üzvləri təsdiq edilib və səlahiyyətli nümayəndələri seçilib./Trend/
|