
Müxalif Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), partiya fəalının pozulmuş hüquqlarının bərpa olunması üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
Partiyadan TrendNews- a bazar ertəsi daxil olan məlumata əsasən, AMİP İmişli rayon təşkilatının fəalı Musa Rahim evinin damını sökərək hökumət əleyhinə şüarlar yazdığına, aclıq aksiyası keçirdiyinə görə, 2007- ci ilin avqustunda Cinayət Məcəlləsinin 221.22 (dövlət qulluqçusuna qarşı xuliqanlıq) və 315- ci maddələri (ictimai qaydanı kobud surətdə pozmaq) ilə cinayət işi qaldırılmışdı. Musa Rahim 2007- ci ilin noyabrında rayon məhkəməsinin qərarı ilə beş il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündən apellyasiya və kassasiya şikayətləri verilsə də, çıxarılmış hökm dəyişməz qalıb. /Trend/