Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Sentyabr 2010 (19)
Avqust 2010 (70)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (11)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (3)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Azərbaycan müxalifətinin geniş koalisiyasının yaranması ətrafında qalmaqal yaranıb
Azərbaycan müxalifətinin geniş koalisiyasının yaranması ətrafında qalmaqal yaranıbAzərbaycanda prezident seçkisini boykot edən Müxalifətin Əməkdaşlıq Mərkəzinin (MƏM) tərkibinin genişlənməsi ilə bağlı intensiv müzakirələr aparılmır.

«Biz indi yeni şəraitə uyğun yeni hədəflər müəyyənləşdiririk», - bazar ertəsi TrendNews - a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Hacılı MƏM -in tərkibinin genişlənməsi üçün seçkilərdən sonra heç bir siyasi hərəkatla danışıqlar aparılmadığını da qeyd edib.

«Düşünürəm ki, Müxalifətin Əməkdaşlıq Mərkəzinə hər hansı partiyanın daxil olmasına indi ehtiyac yoxdur. Çünki Azərbaycanda bir - iki ciddi siyasi qüvvə var və onlar artıq birləşiblər. Kənarda elə bir ciddi siyasi qüvvə qalmayıb», - Müsavat funksioneri vurğulayıb.

Azərbaycanın müxalif Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu həmkarının fikrinə sərt reaksiya verib.

«Bu həmin Müsavatdır və həmin Arif Hacılıdır ki, 2005 - ci il parlament seçkisindən sonra həm təkrar seçkilərə getməyin, həm də parlamentdə iştirak etməyin tərəfdarı kimi çıxış edirdi. Bu da həmin AXCP -dir ki, buna görə Arif Hacılını hökumətə işləməkdə ittiham edirdi», - bazar ertəsi TrendNews - a müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Cəlaloğlunun sözlərinə görə, belə dünyagörüşu onların Azərbaycan iqtidarından devrilməsinə və zəifləyib siyasi səhnədən çıxmaq təhlukəsi ilə üzləşmələrinə təkan verib.

«Arif Hacılının mövqeyi Müsavatda zəiflədikcə, ictimaiyyət arasında özünə qarşı mənfi rəy artıqca, radikal çıxışları çoxalır. Bunu normal qəbul edirəm», - ADP sədri deyib.

Cəlaloğlunun fikrincə, Müsavat, həqiqətən, ADP ilə bir yerdə olmağı istəmirsə, onda hər hansı birliyə də ehtiyac yoxdur. «Bizim Mərkəzə daxil olmağa heç bir marağımız yoxdur və həmin qurumu real güc mərkəzi də hesab etmirik», - Cəlaloğlu bildirib. /Trend/


Èñòî÷íèê: avciya.az
Tarix: 28 Oktyabr 2008   |  Oxunub: 274 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
08/09/2010 Parlament seçkilərinə hazırlaşan, həm də hazırlaşmayan KİV-lər də var
08/09/2010 AXCP və Müsavatın vahid namizədlər siyahısı açıqlanıb - SİYAHI
08/09/2010 AXCP Ali Məclisi Müsavatla AXCP arasında razılaşdırılmış vahid namizədlər siyahısını təsdiq edib
08/09/2010 Klassik Xalq Cəbhəsi Partiyası deputatlığa namizədlərinin siyahısını açıqlayıb - SİYAHI
08/09/2010 Qeydiyyat barədə qərar 48 saat müddətində KİV-ə təqdim edilməlidir
08/09/2010 Sual-cavab
08/09/2010 Məmurların və bələdiyyə üzvlərinin imza toplaması qadağandır
08/09/2010 AVCİYA cənub bölgəsində seçkilərə hazırdır
08/09/2010 ASDP seçkilərdə iştirak edəcək namizədlərin adlarını açıqlayıb
07/09/2010 AVROPA ŞURASI SEÇKİLƏRƏ HAZIRLIQ ÇƏRÇİVƏSİNDƏ
07/09/2010 Ekspertlərin fəaliyyət planı müzakirə olunmuşdur
07/09/2010 Avropa Şurası Azərbaycanda keçiriləcək Parlament seçkilərinə böyük əhəmiyyət verir - Veronika Kotek
07/09/2010 Avropa Şurası və seçkilər
06/09/2010 Seçkilərdə medianın rolu
06/09/2010 AVCİYA seçki maarifçiliyinin 3-cü mərhələsinə başladı
06/09/2010 Sual-cavab
06/09/2010 Qadınların seçkilərdə iştirakına maneə stereotiplərdir
06/09/2010 Parlamentarizmin tarixi
06/09/2010 Seçki komissiyalarının formalaşdırılmasında müxtəlif ölkələrin təcrübəsi Sloveniya
31/08/2010 Parlament seçkilərində “Seçkilər” Dövlət İnformasiya Sistemindən istifadə ediləcək
31/08/2010 Azərbaycanın müxalif partiyaları daha beş seçki dairəsi üzrə razılıq əldə ediblər
31/08/2010 SAM parlament seçkilərinə dair təhlili arayışlar hazırlayır
31/08/2010 “Qarabağ”da 9 seçki dairəsi qaldı
31/08/2010 Etibar Məmmədov hələ fikirləşir, sədr qərarını verib
31/08/2010 62 məntəqə yeni otaqlarla təmin olunacaq, 1076-da isə təmir işləri aparılacaqdır
31/08/2010 Müsavat Partiyası daha iki dairədə AXCP-yə güzəştə gedib
30/08/2010 Azərbaycanın Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayacaq
30/08/2010 AŞ PA-nın müşahidəçi missiyası Azərbaycana oktyabrın ikinci yarısında səfər edəcək
30/08/2010 “İslahat” seçki blokunun yaradılmasına dair niyyət protokolu imzalanıb
30/08/2010 Seçkilərlə maraqlanan beynəlxalq qurumların mütərəqqi, konstruktiv fikirləri təqdir olunur
30/08/2010 Azərbaycanda daha bir seçki bloku yaradılıb
30/08/2010 Azərbaycanın müxalifət blokuna daha bir partiya qoşulub
30/08/2010 Azərbaycanın iqtidaryönlü partiyası seçkilərə blok şəklində getmək istəyir
30/08/2010 MSK ATƏT və seçkilərlə maraqlanan digər beynəlxalq təşkilatların fəaliyyətini həmişə izləyir
27/08/2010 Aydınlar Partiyası “Qarabağ” Seçki Blokuna daxil olmaq istəyir
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net