
Prezidentliyə keçmiş namizədlər - Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevlə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev arasında görüş keçirilib. MMP-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə prezident seçkisinin nəticələri və partiyaların bundan sonrakı fəaliyyəti müzakirə edilib. Qərara alınıb ki, partiyaların gələcək siyasi xətti və fəaliyyəti üst-üstə düşərsə, əlaqələr genişləndirilsin. /APA/