
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun (DİİHB) ölkədə keçirilən prezident seçkisinin yekunu üzrə hesabatında əks olunan bəzi məqamlarla bağlı narazılığını bildirib.
«Seçki qiymətləndirilərkən region ölkələrinə eyni standartlar üzrə yanaşmaq olduqca vacibdir», - deyə Məzahir Pənahov cümə axşamı, oktyabrın 15-də keçirilən seçkinin gedişatını müşahidə edən ATƏT missiyasının rəhbəri Boris Frlets ilə görüşdə bildirib.
«Seçkilərdə böyük tərəqqi var, lakin o, demokratikliyin bütün bəndlərinə cavab vermir», - deyə əvvəllər Frlets bildirib.
ATƏT-in seçki üzrə missiyasının hesabatında bu seçkilərin keçirilməsində nəzərəçarpacaq irəliləyişlərin olması, lakin xüsusilə plüralizm, kampaniyaların düzgün keçirilməsi, həmçinin kütləvi informasiya vasitələrinə dair mühüm beynəlxalq öhdəliklərin təmin edilməsi üçün əlavə səy göstərilməsinin lazım olduğu qeyd olunub.
Frlets MSK sədri ilə görüşdə bildirib ki, Azərbaycanda prezident seçkisi üzrə səsvermə günü ciddi pozuntular qeydə alınmayıb. /Trend/