SEÇKİ - 2013

PRESS RELIZ 14

 

PRESS RELIZ 14

 

AVCİYA Qarabağ regionunda seçkilərlə bağlı seminarlara yekun vurdu

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı  Prezident seçkiləri ilə əlaqədar regionlarda seminarları davam etdirir. Digər regionlarda seminarlar başa vurulduqdan sonra sentyabrın 28 – 30 -da AVCİYA- nın  regional ofislərinin  təşkilatçılığı ilə Bərdə, Ağdam, Ağcabədi, Tərtər və  Goranboy rayonlarında seçkiləri müşahidə edəcək şəxslər üçün seminarlar keçirilib.

Seminarlarda AVCİYA Seçki Qərargahının rəhbəri, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı tədbir iştirakçıları qarşısında məruzələr  edib. M. Zülfüqarlı öz çıxışında müşahidəçilərin seçki günü üç mərhələdə aparacağı monitorinq zamanı görəcəyi işlər, onların hüquq və vəzifələri haqqında  konkret məlumatlar verib. Bundan başqa tədbirlərdə müşahidəçilərə MSK –da qeydiyyatdan keçmiş  vəsiqələr və yaddaş kitabçaları paylanmışdır.

AVCİYA  Seçki Qərargahı müşahidəçilər üçün seminarları oktyabr ayında davam etdirəcək.

Tarix: 30-09-2013, 21:00 | Oxunub: 389 dəfə | Kateqoriya:Tədbirlər / Pres-relizlər