Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Azərbaycanda bəziləri elə hesab edir ki, biz seçki polisiyik, prosesə müdaxilə edə bilərik...
Azərbaycanda bəziləri elə hesab edir ki, biz seçki polisiyik, prosesə müdaxilə edə bilərik... ATƏT-in Müşahidə Missiyasının rəhbəri Boris Frlesin APA-ya müsahibəsi
- ATƏT-in Müşahidə Missiyasının açıqladığı ikinci hesabatda seçkilərin sakit məcrada getdiyi vurğulanır. Sizcə, bunun səbəbi nədir? Bu məsələni hakimiyyət nümayəndələri və prezidentliyə namizədlərlə müzakirə etmisinizmi?

- Prezident seçkiləri həmişə parlament seçkilərindən fərqlənir və bir qayda olaraq daha sakit məcrada keçir. Azərbaycanda namizədlərdən biri olan prezident İlham Əliyevin üstünlükləri çoxdur. O son beş il ərzində ölkəni uğurla idarə edib, uğurlu fəaliyyətini isbatlayacaq çoxlu sübut var. Digər namizədlər isə belə üstünlüklərə malik deyil, onlar yalnız niyyətlərini açıqlaya bilirlər. Kütləvi informasiya vasitələri prezidentin məktəblərin, xəstəxanaların açılış mərasimlərində iştirakını işıqlandırır. Prezident İlham Əliyev seçki kampaniyasında iştirak etmir, amma onun ölkənin hər yerində nümayəndələri, vəkilləri var. Buna rəğmən, digər namizədlər də seçkiqabağı kampaniyanı davam etdirirlər.

- Seçkilərə ictimai marağın az olduğu barədə fikirlərlə razısınızmı?

- İctimai marağın az olub-olmadığını səsəvermə günü görəcəyik. Məndə belə bir hiss var ki, məsələ insanların namizədləri tanımamasında deyil, bu, prezident İlham Əliyevin digər namizədlərə nisbətən daha şanslı olmasının effektidir. Əlbəttə ki, bunun belə olub-olmadığını seçkilər başa çatdıqdan sonra görəcəyik.

- Seçkilərdə seçicilərin iştirak faizinə dair proqnozlarınız varmı?

- Yaşayarıq, görərik. Burada bir mühüm məqamı qeyd etmək istəyirəm ki, biz seçkilərin nəticələrində maraqlı deyilik, bizi müşahidə etdiyimiz proses maraqlandırır. Seçki məntəqələrinə nə qədər seçicinin gəlməsini proqnozlaşdırmaq bizim işimiz deyil.

- Bəzi prezidentliyə namizədlər açıqladığınız ikinci hesabatla razı deyillər. Onlar qeyri-aktiv seçki kampaniyası aparmaları ilə bağlı fikirlər qəbul etmirlər...

- Biz maksimum obyektiv olmağa çalışırıq. Bütün prezidentliyə namizədlərlə görüşlər keçiririk. Hər hansı namizədin bizim hesabatı tənqid etməsi normaldır. Bizim müşahidəçilər ölkənin bütün bölgələrində fəaliyyət göstərirlər, buna görə də əlimizdə etibarlı məlumatlar var. Bəyanat və hesabatlarımızda maksimum obyektiv olmağa çalışırıq.

- Siz, həmçinin seçki kampaniyasının kütləvi informasiya vasitələrində işıqlandırılmasının monitorinqini keçirirsiniz. Nəticələr Sizi qane edirmi?

- Biz 7 telekanal və 4 qəzetin monitorinqini aparırıq. İctimai Televiziya ilə birbaşa əlaqələrimiz var. Biz, həmçinin, seçki platformasının açıqlanmasına ayrılan vaxtın bərabər bölünməsi məsələsini ciddi müzakirə edirik. Bundan başqa, media üzrə ekspertlərlə mütəmadi görüşlər keçiririk. Qəzetlərdə vəziyyət daha yaxşıdır. Qəzetlərdə gördüyümüz tənqidə adətən televiziyada rast gəlmirik. Eyni zamanda qəzetlərdə daha çox plüralizm və fikir müxtəlifliyi ilə qarşılaşırıq.

- Azərbaycanda üç jurnalist hələ də həbsdədir. Sizcə, bu amil seçkiqabağı situasiyaya təsir göstərirmi? Hökumət təmsilçilərindən həmin jurnalistlərin azadlığa buraxılmasını xahiş etmisinizmi?

- Bizim vəzifəmiz - seçkiləri müşahidə etmədir, kiməsə təsir etmək yox. Bu aspektin seçkiqabağı prosesə təsirinə gəldikdə, bu məsələ açıqladığımız ilk hesabatda əksini tapıb. Biz ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin mövqeyini dəstəkləyirik, kütləvi informasiya vasitələri seçkiqabağı təbliğat kampaniyasını sərbəst şəkildə işıqlandırmalıdır. Təbii ki, buna mane olan hər şey təəssüf doğurur.

- Bəzi müxalifət partiyalarının seçkiləri boykot etməsi situasiyaya təsir göstərirmi?

- Biz ölkədə bütün siyasi liderlər, o cümlədən seçkiləri boykot edən qüvvələrin rəhbərləri ilə görüşmüşük. Onlar nə üçün boykot taktikasına üstünlük verdiklərini izah ediblər. Onların siyasi gələcəyini necə qurmaq niyyətlərini şərh etmək fikrimiz yoxdur. Lakin bəzi sabiq müxalifət liderlərinin boykotçu qüvvələrlə məsafə saxlaması və prezidentliyə namizəd olması adi hal kimi qarşılanmalıdır.

- Bakı şəhər İcra Hakimiyyəti yeni qəbul olunmuş “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsaslanaraq, müxalifətin şəhərin mərkəzində mitinq keçirməyə icazə vermir...

- “Sərbəst toplaşmaq azadlığı haqqında” yeni qanun çox liberaldır, bu qanunun qəbulu pozitiv addımdır. Azərbaycan hökuməti bu qanunun mahiyyəti yaxşı anlayır. Qanunda bildirilir ki, hökumət binalarının 200-300 metrliyində aksiya keçirmək olmaz. Lakin Bakı şəhər İcra Hakimiyyəti bu qanunu çox qəribə şərh edib. Mən bu gün cənab Hacıbala Abutalıbova qanunun əsas postulatlarını təqdim etmişəm. Qanunda bildirilir ki, qanunla qadağan edilməyən istənilən yerdə aksiya keçirilə bilər.

- Seçkiləri müşahidələriniz əsasında Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı yeni tövsiyələr ortaya çıxa bilərmi?

- Biz seçkilərlə bağlı yekun sənəd hazırlayacağıq. Həmin sənəddə digər aspektlərlə yanaşı, tövsiyələr də yer alacaq. Tövsiyələr beynəlxalq standartlara uyğun və yerli qanunlar çərçivəsində hazırlanacaq. Biz də problemlər yarana biləcək sahələrdə vəziyyəti normallaşdırmağa dair tövsiyələr irəli sürəcəyik. Son seçkilərdən sonra biz bir çox tövsiyələr irəli sürmüşdük ki, bunların da bəziləri qəbul olunub, bəziləri isə məqbul sayılmayıb.

- Seçki siyahılarının hazırlanması sahəsində yaranan problemlər Sizə tanışdırmı?

- Bu siyahıları hazırlamaq rəsmi qurumlar üçün həmişə başağrısıdır. Seçici siyahıları heç zaman 100 faiz dəqiq olmur. Mərkəzi Seçki Komissiyası siyahıları yeniləmək üçün bəzi tədbirlər görüb və sözün düzü, bu sahədə hansısa ciddi problem olduğunu eşitməmişəm. Əlbəttə ki, vəziyyətin necə olduğunu seçki günü daha dəqiq biləcəyik.

- Seçki bülletenləri də artıq hazırdır. Seçki bülletenləri ilə tanışsınızmı? Beynəlxalq müşahidəçilərin akkreditə prosesi necə gedir?

- Bizim ekspertlər bülletenlərin hazırlanması və çapı prosesini müşahidə ediblər. Biz bu prosesi müşahidə edirik. Akkreditə məsələsinə gəldikdə, MSK qısa müddət ərzində 9024 müşahidəçini qeydiyyata götürüb. Bunlar təkcə beynəlxalq deyil, həm də yerli müşahidəçilərdir.

- Seçkilərdən gözləntiləriniz nədir?

- Seçkilərin sakit, bərabərhüquqlu, qanun və proseduralara uyğun şəkildə keçəcəyini gözləyirik. Gözləyirik ki, seçkilərdə manipulyasiya və digər bu kimi insidentlər olmayacaq. Bunun üçün seçki gününü gözləməliyik. Biz bura öz istəyimizlə gəlməmişik, bizi Azərbaycan Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası dəvət edib. Düşünürəm ki, bu, Azərbaycan üçün yaxşı haldır. Digər tərəfdən, Azərbaycan beynəlxalq birliyin və ATƏT-in üzvüdürsə, üzərinə götürdüyü öhdəliklərə riayət etməli, seçkiləri standartlara uyğun keçirməlidir. Azərbaycanda bəzi insanlar bizim mandatımızın mahiyyətini başa düşmürlər. Bəziləri elə hesab edirlər ki, biz seçki polisiyik, prosesə müdaxilə edə bilərik. Lakin bizim vəzifəmiz müşahidə etmək və məlumatlandırmaqdır. Sonra vəzifə media və vətəndaşların üzərinə düşür, bizim işimizi onlar qiymətləndirəcək. Və sonda mənim də bir sualım var: “Bizim hesabatlarımızda həqiqət olmayan nə isə varmı?..” /APA/
Tarix: 10 Oktyabr 2008   |  Oxunub: 180 dəfə   |   Kateqoriya: Tədbirlər » Müsahibə
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net