 Azərbaycan Yaşıllar Partiyasından prezidentliyə namizəd, partiyanın həmsədri Mais Güləliyev həftə sonu imza vərəqələrini Məkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcək. Bu barədə çərşənbə günü Trend News-a partiyadan bildiriblər. Yaşıllar Partiyasından verilən məlumata görə, seçici imzalarının toplanması kampaniyası yekunlaşmaq üzrədir. Hazırda 65 dairədən 40 mindən artıq imza toplanıb və indi imza vərəqələrinin ilkin yoxlanılması aparılır. Seçki Qərargahının hazırladığı Təqvim Planına əsasən, avqustun sonunadək 43-44 min imzanın toplanılması gözlənilir. /Trend/
|