
Azərbaycanın Ombudsman Aparatının prezident seçkisini müşahidə edən nümayəndələri gün ərzində mümkün qayda pozuntuları barədə aparatı bir neçə dəfə məlumatlandıracaqlar. Bu barədə çərşənbə günü jurnalistlərə ombudsman Elmira Suleymanova bildirib.
«Seçkinin gedişatını aparatın 50 rayonu əhatə edən 33 nümayəndəsi müşahidə edir», - deyə ombudsman bildirib. /Trend/