
Müxalif «Ümid» Partiyasından Azərbaycan prezidentliyinə namizəd İqbal Ağazadə Bakı şəhəri Nərimanov rayonunun 19 saylı seçki dairəsində səs verib.
«Seçkidə şansımı qiymətləndirmək üçün deyil, qalib gəlmək üçün iştirak edirəm», - deyə Ağazadə jurnalistlərə bildirib.
Namizəd səslərin ədalətli hesablanacağına ümid edir. Onun partiyasının nümayəndələri 75 seçki məntəqəsində müşahidə aparıblar.
«Seçkinin nəticələrinə cddi təsir edə biləcək qanun pozuntuları qeydə alınmayıb», - deyə o bildirib. /Trend/