SEÇKİ - 2013

Əbədiyaşar lider

 

Əbədiyaşar lider

 

Müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar respublikamızın bütün şəhər və rayonlarında keçirilən silsilə tədbirlər davam edir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən imzalanmış "Binəqədi rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq dünən Milli Məclisin deputatlarının, rayonun idarə - təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, rayon ictimaiyyətinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi qeyd edildi.

Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanmış ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başlayan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin təşəkkülünün, milli-mənəvi dəyərlərə qayıdışın, elmin, təhsilin, mədəniyyətin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı. O bildirdi ki, ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması, eləcə də müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.

X.İsgəndərov qeyd etdi ki, dahi lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsində və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir.

Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov dünya miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını söylədi. Qeyd etdi ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. Xalqımızın qəlbində və dövlətimizin  tarixində özünə əbədiyyət abidəsi ucaltmış ümummilli lider Heydər Əliyevin fəaliyyətinin hər mərhələsi Azərbaycanın yüksəliş mərhələləri ilə üst-üstə düşür. Tarixi gerçəklik ondan ibarətdir ki, Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən milli müstəqillik duyğularının reallaşmasına  çalışan ulu öndər Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməmişdir. Dahi şəxsiyyət öz parlaq zəkası və istedadı sayəsində yeni Azərbaycanın bugünkü gerçəkliklərini yaratmış və onun gələcəyə aparan yollarını müəyyənləşdirmişdir. Ulu öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin bu siyasi kursunun layiqli davamçısıdır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edərək dünya iqtisadiyyatına uğurla inteqrasiyanın, ölkə daxilində iqtisadi liberallaşmanın, kredit reytinqimizin artmasının, iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin yüksək mövqedə olmasının, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalmasının 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsi olduğunu bildirdi. O, Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsinin də Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsi olduğunu söylədi. Onun sözlərinə görə, tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı dahi lider Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirdi. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir.

Tədbirdə respublikanın hər yerində olduğu kimi, Binəqədi rayonu ərazisində də aparılan davamlı abadlıq-quruculuq işlərinin, əhalinin iqtisadi, sosial durumunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulandı. Bildirildi ki, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarının, fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi Binəqədi rayonunun 2013-cü il ərzində daha böyük uğurlara imza atacağına əsas verir. 2013-cü ilin yanvar-mart aylarında rayonda 32 milyon 979 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Bu dövrdə Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 1 milyon 459 min manat məbləğindən investisiya yönəldilib və bu məbləğin 259 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu ilin birinci rübü ərzində orta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 346,6 manata çatıb.

Bildirildi ki, Binəqədi rayonunda müşahidə olunan böyük canlanma, inkişaf və tərəqqi, ilk növbədə, sistemli, ardıcıl və yeniliyə əsaslanan mütərəqqi iş üslubunun bəhrəsidir. Rayon rəhbərliyi ölkə başçısının çevik və səmərəli iqtisadi islahatlar strategiyasını rəhbər tutaraq düzgün idarəçilikdə mütərəqqi üsulların tətbiq edilməsinə nail olub. İlk növbədə rayonun illik inkişaf planı hazırlanaraq təsdiq olunub, bu sənəddə hər rüb üzrə görülməli işlər, onların maliyyələşdirilməsi mexanizmləri dəqiq əksini tapıb. Bunun nəticəsidir ki, 2012-cu ildə rayonda bütün sahələr üzrə yüksək makroiqtisadi göstəricilər əldə edilib. Real sosial-iqtisadi inkişaf isə quru fakt və rəqəmlərdə deyil, hər bir sakinin gündəlik həyatında, məişətində, maddi rifah halında əksini tapır.

Bakının şimal istiqamətində magistral yolun Binəqədi ərazisindəki hissəsinin hər iki tərəfinin abadlaşdırılması, burada gözəl xiyaban və parkların, yaşıllıqların salınması rayonun yeni rəhbərliyinin təşəbbüsü əsasında həyata keçirilib və ümumilikdə paytaxt sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Hazırda şimal istiqamətində hərəkət edən hər bir vətəndaş qısa müddətdə necə böyük və uğurlu bir layihənin reallaşdırıldığının fərqindədir. Ekoloji tarazlığı təmin etmək məqsədilə Bakı-Sumqayıt şosesi istiqamətində, Biləcəri qəsəbəsində eniş yolunda və şosenin sağ və sol hissəsində sakinlərin rahatlığını və səs baryerini təmin etmək məqsədilə istinad divarları tikilib. Yol boyunca salınmış yaşıllıqlar, əkilmiş dekorativ kol və ağaclar, bir sözlə, landşaft memarlığı insanların zövqünü oxşayır, onlarda razılıq doğurur.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz bu prinsip əsasında quran Binəqədi RİH də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndərin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Binəqədi rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə edərək daha da müasirləşib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert proqramında çıxış edən "Cəngi" rəqs ansamblı, respublikanın xalq artistləri Məleykə Əsədova və Agadadaş Agayev, gənc mügənni Ramal, "Aypara" qrupu, Röya, Xəyyam Mustafazadə və digərləri maraqlı ifaları ilə diqqəti cəlb etmişlər.

 

<!--[if gte mso 9]>

<!--[if gte mso 9]> Normal 0 false false false RU X-NONE X-NONE <!--[if gte mso 9]> <!--[if gte mso 10]> /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Обычная таблица"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin:0cm; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Times New Roman"; mso-bidi-theme-font:minor-bidi;}

azerbaijan-news.az 

Tarix: 2-05-2013, 00:30 | Oxunub: 325 dəfə | Kateqoriya:Xəbərlər