SEÇKİ - 2013

Məkkədə zəvvarlar üçün seçki məntəqəsinin təşkili istiqamətində artıq işlər aparılır

 

Məkkədə zəvvarlar üçün seçki məntəqəsinin təşkili istiqamətində artıq işlər aparılır

 

“Həcc ziyarətində olan vətəndaşlarımız Azərbaycan Respublikası prezidentinin seçkilərində iştirak edə biləcəklər”. Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin müdiri Rövzət Qasımov verib.

 

R.Qasımov bildirib ki, Səudiyyə Ərəbistanı ilə diplomatik xətlərlə aparılan danışıqlar öz bəhrəsini verib. Oktyabrın 9-da – səsvermə günü Məkkədə olacaq Azərbaycan zəvvarları aktiv seçki hüququndan istifadə edəcəklər: “Azərbaycan Xarici İşlər Nazirliyindən daxil olan müraciətdə isə bildirilib ki, Məkkə şəhərində seçki məntəqəsinin təşkili istiqamətində artıq işlər aparılır”.

 

Qeyd edək ki, bu il Həcc ziyarətinə 3600 zəvvar gedəcək.

Tarix: 5-10-2013, 03:40 | Oxunub: 896 dəfə | Kateqoriya:Xəbərlər