SEÇKİ - 2013

Səsvermə günü seçki məntəqələrindən birinin fəaliyyət göstərməsi mümkün olmayacaq

 

Səsvermə günü seçki məntəqələrindən birinin fəaliyyət göstərməsi mümkün olmayacaq

 

“Səsvermə günü seçki məntəqələrindən birinin fəaliyyət göstərməsi mümkün olmayacaq”. Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin müdiri Rövzət Qasımov verib.

 

Onun sözlərinə görə, Misirdə baş verən son hadisələrdən sonra Azərbaycan vətəndaşları bu ölkədən çıxarılıb. Bu səbəbdən həmin ölkədə ayrıca seçki məntəqəsinin yaradılmasına lüzum görülməyib.

 

R.Qasımov qeyd edib ki, hazırda isə 125 seçki dairəsi üzrə 5491 seçki məntəqəsində 5 milyon 141 seçicinin səsverməsi üçün şərait yaradılıb. Seçki məntəqələrinin 5273 fəaliyyəti daimi, 219-nun isə müvəqqəti xarakter daşıyır. Bununla yanaşı, xarici ölkələrdə seçki məntəqələri açılıb ki, bu da xaricdə yaşayan vətəndaşlarımızın səsvermədə iştirakının təmin olunması məqsədi daşıyır. Xaricdə yaşayan Azərbaycan vətəndaşları respublikanın müxtəlif ölkələrdəki 38 səfirlik və konsulluğunda yaradılan seçki məntəqələrinə gələrək oktyabrın 9-da prezident seçkilərində iştirak edə biləcəklər.

 

R.Qasımov əlavə edib ki, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların səsvermədə iştirakının təmin olunması üçün  Səudiyyə Ərəbistanı ilə aparılan danışıqlar da uğurla nəticələnə bilər.

Tarix: 3-10-2013, 22:05 | Oxunub: 992 dəfə | Kateqoriya:Xəbərlər