SEÇKİ - 2013

“Dünyanın istənilən ölkəsində Azərbaycandakı debatlarda baş verənlərdən qat-qat bərbad hadisələr baş verir”

 

 “Dünyanın istənilən ölkəsində Azərbaycandakı debatlarda baş verənlərdən qat-qat bərbad hadisələr baş verir”

 

“İstənilən halda prezidentin şərəf və ləyaqətinin qorunması qanunla tənzimlənir”.

 

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkiləri günü fəaliyyət göstərəcək Müstəqil Mətbuat Mərkəzinin açılış mərasimi çərçivəsində keçirilən brifinqdə deyib.

 

İctimai Televiziyada prezidentliyə namizədlər üçün keçirilən debatlarda baş verən neqativ hallara toxunan M. Pənahov bildirib ki, dünyanın istənilən ölkəsində Azərbaycandakı debatlarda baş verənlərdən qat-qat bərbad hadisələr baş verir: “Bu, namizədin öz səviyyəsidir. Bundan cəmiyyət narahat olmalı deyil”.

 

MSK sədrinin sözlərinə görə, yetkin siyasətçiləri özündən çıxartmaq mümkün deyil, əsas məsələlərdən biri də siyasətçinin ekstremal vəziyyətdə davranışıdır: “Yeganə qanunvericiliyin kobud şəkildə pozulması faktı isə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin prezidentin ünvanına səsləndiyi təhqirdir ki, bu da Konstitusiya ilə qadağandır. Mərkəzi Seçki Komissiyası isə hər zaman çalışıb ki, namizədlərə güzəştə getsin, bu səbəbdən ciddi xəbərdarlıqla kifayətləndik”.

Tarix: 2-10-2013, 22:52 | Oxunub: 327 dəfə | Kateqoriya:Xəbərlər