SEÇKİ - 2013

Azərbaycanda prezident seçkilərində MDB Müşahidə Missiyasının formalaşdırılması yekunlaşıb

 

Azərbaycanda prezident seçkilərində MDB Müşahidə Missiyasının formalaşdırılması yekunlaşıb

 

Azərbaycanda preizdent seçkilərində MDB Müşahidə Missiyasının formalaşdırılması yekunlaşıb. Onun tərkibinə Belarus, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, MDB-yə üzv ölkələrin Parlament Assambleyası, Belarus və Rusiya İttifaqının Parlament Yığıncağı, o cümlədən MDB İcraiyyə Komitəsini təmsil edən 276 müşahidəçi daxildir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı missiyanın qərargahının yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, MDB-dən olan Müşahidə Missiyası və onun qərargahı Azərbaycanda seçkiqabağı kampaniyanı müşahidə etməyi davam etdirir.

Məlumatda bildirilir ki, seçki kampaniyasının monitorinqi çərçivəsində missiya üzviləri ilə daxili işlər naziri Ramil Usubov arasında görüş baş tutub. Görüş zamanı nazir qonaqları məlumatlandırıb ki, hüquq mühafizə orqanları tərəfindən seçki kampaniyası dövründə ictimai təhlükəsizliyin təmin olunması üçün lazımı tədbirlər görülüb. Nazir vurğulayıb ki, bu məqsədlə DİN polis orqanlarının şəxsi heyəti üçün xüsusi tədris və təlim seminarları keçirib.

Məlumatda o cümlədən bildirilir ki, missiyanın uzunmüddətli müşahidəçiləri Azərbaycanın regionlarında dairə və məntəqə seçki komissiyalarının işi ilə tanışlığı davam etdirirlər. Onlar ölkənin bir sıra rayonlarında dairə seçki komissiyalarına baş çəkiblər.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Tarix: 1-10-2013, 22:19 | Oxunub: 280 dəfə | Kateqoriya:Xəbərlər