SEÇKİ - 2013

Bərdədə AVCİYA - ATƏT /DTİHB görüşü

 

Bərdədə  AVCİYA - ATƏT /DTİHB   görüşü

 

<!--[if gte mso 9]> Normal 0 false false false RU X-NONE X-NONE

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və AVCİYA-nın Bərdə rayonu üzrə nümayəndəsi Xaliq Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Prezident seçkilərini uzun müddətli müşahidəçiləri Mario Barfus  və Semus Martin ilə Bərdə rayonunda rəsmi görüş keçiriblər.

Görüşdə AVCİYA – nın Prezident seçkiləri ilə bağlı gördüyü işlər, assosiasiyanın regionlarda müşahidəçilər üçün keçirdiyi seminarlar, həmçinin namizədlərin təşviqat kampanıyasının gedişi, QHT – lərin seçkiləri müşahidə etməsinin hüquqi bazası,  hər iki qrumun hazırladığı aralıq hesabatlar və s. barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Prezident seçkilərini uzun müddətli müşahidəçilərinin regionlarda fəaliyyət göstərən nümayəndələrinin AVCİYA – nın yerli qurumları ilə əməkdaşlığının davam etdirməsi ilə bağlı ümumi razılıq əldə olunub.

Tarix: 30-09-2013, 20:49 | Oxunub: 355 dəfə | Kateqoriya:Xəbərlər