SEÇKİ - 2013

MSK media nümayəndələri üçün konfrans keçirəcək

 

MSK media nümayəndələri üçün konfrans keçirəcək

 

Mərkəzi Seçki Komissiyası (MSK) jurnalistlər üçün konfrans keçirəcək. MSK-nın media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirin məqsədi seçki prosesini işıqlandıracaq jurnalistlərin hüquqi baxımdan maarifləndirilməsidir. Konfrans MSK və Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək. Müzakirələrdə əsas diqqət “Jurnalistlər tərəfindən seçki prosesinin müşahidəsi” məsələsinə yönələcək.

 

Konfransda MSK sədrinin müavini Natiq Məmmədov, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər rəsmi şəxslər iştirak edəcək.

 

Tədbir oktyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Tarix: 30-09-2013, 19:46 | Oxunub: 378 dəfə | Kateqoriya:Xəbərlər