SEÇKİ - 2013

MSK-da yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub

 

MSK-da yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub

 

Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub.

 

APA-nın məlumatına görə, tədbirdə MSK sədri Məzahir Pənahov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mərkəzi ziyarət edib, seçki prosesində informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi ilə bağlı ölkə prezidentinin sərəncamına uyğun olaraq görülmüş işlərlə tanış olublar.

 

Veb-kameraların quraşdırılmasında iştirak edən mütəxəssislər bildiriblər ki, oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb. Məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir.

 

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov səsvermə günü təmsil etdiyi qurumun üzərinə düşən vəzifələr haqda danışaraq, görülən işlər haqda məlumat verib.

 

MSK-nın İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov mərkəzin səsvermə günü işlək mexanizmi haqda danışıb. O əlavə edib ki, seçki prosesi zamanı seçici siyahısı ilə bağlı mərkəzə 4035 müraciət daxil olub. Bunlardan 355 müraciət anonim olduğundan onların müraciətinin təminatı mümkün olmayıb.

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə qeyd edib ki, ölkədə İKT-nin inkişaf etdirilməsinə dair prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, MSK-da da müasir İKT sisteminin tətbiqi genişləndirilib. Səsvermə günü seçki məntəqələrində prosesə nəzarət etmək üçün quraşdırılmış veb-kameralara nəzarət sistemi müasir texnologiyalarla təmin edilib və tam hazır vəziyyətdədir, məntəqələr rabitə və informasiya texnologiyaları ilə təchiz edilib

Tarix: 27-09-2013, 21:36 | Oxunub: 392 dəfə | Kateqoriya:Xəbərlər