SEÇKİ - 2013

MSK: Prezident seçkilərini müşahidə edəcək beynəlxalq müşahidəçilərin sayı 852-yə çatıb

 

MSK: Prezident seçkilərini müşahidə edəcək beynəlxalq müşahidəçilərin sayı 852-yə çatıb

 

Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək beynəlxalq müşahidəçilərin sayı 852-yə çatıb.

 

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

 

MSK sədri bildirib ki, seçkiləri ölkə üzrə müşahidə edəcək şəxslərin sayı 4590-a çatıb: “28 679 nəfər isə seçkiləri dairələr üzrə müşahidə etmək üçün qeydiyyatdan keçib”.

 

M.Pənahov seçkiləri izləyəcək müşahidəçilərin sayının daha da artacağını söyləyib.

Tarix: 28-09-2013, 03:21 | Oxunub: 301 dəfə | Kateqoriya:Xəbərlər