SEÇKİ - 2013

Qanunu pozanlarla bağlı gәlәcәkdә qanunun tam gücündәn istifadә olunacaq

 

Qanunu pozanlarla bağlı gәlәcәkdә qanunun tam gücündәn istifadә olunacaq

 

Azərbaycan Prezidentinin şәrәf vә lәyaqәtini tәhqir etmәk birbaşa cinayәtdir. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın şənbə günü keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, Cəmil Həsənlinin debatda söylədiyi fikirlərlə bağlı çıxarılan qərar layihəsinin Baş Prokurorluğa göndərilməsinin qarşısını güclə alıb.

M.Pənahov deyib ki, Cəmil Həsənli debatda Hafiz Hacıyevin cavabını verməli idi. Komissiya sədri prezidentliyə namizәdlәrə müraciət edərək bildirib ki, qanunu pozanlarla bağlı gәlәcәkdә qanunun tam gücündәn istifadә olunacaq. Hәr dәfә qәrarlar belә olmayacaq.

Qeyd edək ki, sentyabrın 19-da İTV-də keçirilən debatda Cəmil Həsənli və Hafiz Hacıyev qanunvericiliyə zidd hərəkətlərə yol vermişdi. MSK C. Həsənliyə ciddi xəbərdarlıq, H.Hacıyevə xəbərdarlı edən qərar qəbul edib.

Tarix: 22-09-2013, 02:42 | Oxunub: 273 dəfə | Kateqoriya:Xəbərlər