SEÇKİ - 2013

Prezidentliyə namizəd Sərdar Cəlaloğlu təbliğat-təşviqat kampaniyası ilə bağlı məlumat yayıb

 

Prezidentliyə namizəd Sərdar Cəlaloğlu təbliğat-təşviqat kampaniyası ilə bağlı məlumat yayıb

 

Prezidentliyə namizəd Sərdar Cəlaloğlunun təbliğat-təşviqat kampaniyası ilə bağlı bir sıra seçki məntəqələrində süni maneələr yaradılır, plakatları lövhələrdən cırılır. Bu barədə ADP Mərkəzi Seçki Qərargahının məlumatında bildirilib.


Qərargahın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasında məktəblərin nəzdində yerləşən məntəqələrdə lövhələr asılmayıb, əksər məntəqələrdə asılan lövhələr isə çox kiçik ölçüdədir.

31 saylı Suraxanı ikinci Seçki Dairəsi 12 saylı məntəqəsi və Gəncə şəhəri Texnologiya İnstitutunun nəzdində yerləşən 31 saylı dairənin 12-ci məntəqəsinin sədrləri də S.Cəlaloğlunun plakatlarını yapışdırmağa imkan verməyiblər.

Tarix: 22-09-2013, 01:34 | Oxunub: 342 dəfə | Kateqoriya:Xəbərlər