SEÇKİ - 2013

İlqar Məmmədovun MSK-ya qarşı şikayəti təmin edilməyib

 

İlqar Məmmədovun MSK-ya qarşı şikayəti təmin edilməyib

 

Bakı Apellyasiya Məhkəməsində “REAL” (Respublikaçı Alternativ) Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, MSK İ. Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb. Bundan narazı qalan İ. Məmmədov isə məhkəməyə müraciət edib.

 

Apellyasiya şikayəti əsasında keçirilən ötən proses zamanı məhkəmə İ. Məmmədovun MSK-ya təqdim etdiyi imzalarla bağlı ekspertizanın keçirilməsinə qərar verib. Bu gün ekspertizanın rəyi elan olunub. Ekspertiza MSK-nın haqlı olduğu barədə rəy verib.

Tarix: 21-09-2013, 00:40 | Oxunub: 306 dəfə | Kateqoriya:Xəbərlər