SEÇKİ - 2013

“Pulsuz efir vaxtının başqa məqsədlər üçün istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət doğurur”

“Pulsuz efir vaxtının başqa məqsədlər üçün istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət doğurur”

 

“Prezidentliyə namizədlərin pulsuz efir vaxtı zamanı keçirilən debatda baş verənlərə dair Mərkəzi Seçki Komissiyasının münasibəti kollegial şəkildə olmalıdır. Pulsuz efir vaxtının başqa məqsədlər üçün istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət doğurur”.

 

Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov verib.

 

N. Məmmədov bildirib ki, hazırkı məqamda onun münasibət bildirməsi heç nəyi dəyişməyəcək: “Mərkəzi Seçki Komissiyasının hələ ki bununla bağlı mövqeyi bəlli deyil. Gərək, bu məsələ müzakirə olunsun, sonra mövqe açıqlansın. Hər bir halda efir vaxtı konkret təşviqat üçün ayrılıb. Əslində hamı pulsuz efir vaxtının nə üçün ayrıldığını, formasının necə müəyyən olunduğunu bilir. Burada əsas məqsəd seçicilərə öz proqramını çatdırmaqdan ibarət olmalıdır. Düzdür, orada mövzunu seçmək namizədin öz hüquqdur, lakin çıxışlar sırf seçki təşviqatı ilə bağlı olmalıdır”.

 

N. Məmmədov əlavə edib ki, qanunvericilik ayrılmış pulsuz efir vaxtından təşviqata xidmət etməyən hallarda istifadə olunmasına imkan vermir: “Həmin məqamlarla bağlı Seçki Məcəlləsinin 88-ci maddəsi birmənalı mövqe ortaya qoyub”.

 

Tarix: 20-09-2013, 21:22 | Oxunub: 325 dəfə | Kateqoriya:Xəbərlər