SEÇKİ - 2013

Məhkəmə İlqar Məmmədovun MSK-ya təqdim etdiyi imzalarla bağlı ekspertizan keçirilməsi barədə qərar qəbul edib

 

Məhkəmə İlqar Məmmədovun MSK-ya təqdim etdiyi imzalarla bağlı ekspertizan keçirilməsi barədə qərar qəbul edib

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində “REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, prosesdə İ. Məmmədovun MSK-ya təqdim etdiyi imzalarla bağlı ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib. Prosesdə İ. Məmmədov çıxış edərək, məhkəmənin uzadılmasından narazılığını bildirib.

 

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Qeyd edək ki, MSK İ. Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb.

 

Bundan narazı qalan İ. Məmmədov isə məhkəməyə müraciət edib.

Tarix: 19-09-2013, 00:59 | Oxunub: 219 dəfə | Kateqoriya:Xəbərlər