SEÇKİ - 2013

Namizədlərin pulsuz efir vaxtı ilə bağlı püşkatmanın tarixi məlum olub

 

Namizədlərin pulsuz efir vaxtı ilə bağlı püşkatmanın tarixi məlum olub

 

Prezidentliyə namizədlərin pulsuz efir vaxtı ilə bağlı püşkatmanın tarixi bəlli olub. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib ki, püşkatma sentyabrın 16-da keçiriləcək. Püşkatmanın nəticəsi əsasında namizədlər arasında efir vaxtı bölüşdürüləcək.

 

Qanunvericiliyə əsasən namizədlər üçün pulsuz efir vaxtı İctimai Televiziya və Radio Verilişləri Yayım Şirkəti (İTV) tərəfindən həyata keçiriləcək.

 

Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası sentyabrın 16-da başlayacaq.

Tarix: 13-09-2013, 01:52 | Oxunub: 270 dəfə | Kateqoriya:Xəbərlər