SEÇKİ - 2013

Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınanların sayı 3-ə çatdı

 

Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınanların sayı 3-ə çatdı

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürmüş Zahid Orucun namizədliyi qeydə alınıb.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Z.Orucun səlahiyyətli nümayəndələri də qeydə alınıb.

Qeyd edək ki, namizədlər seçki sənədlərini avqustun 20-dən etibarən təqdim etməyə başlayıblar.

Artıq oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin və Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, bu gün səhər saatlarına qədər 21 nəfərin prezidentliyə namizədliyi təsdiq olunub.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Tarix: 10-09-2013, 01:33 | Oxunub: 321 dəfə | Kateqoriya:Xəbərlər